Yolu hansı ardıcıllıqla keçmək lazımdır? – YENİ SUAL
Cars-az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Svetoforun sarı işığının yanıb-söndüyü bu yolayrıcını hərəkət iştirakçıları hansı ardıcıllıqla keçməlidirlər?
A) Düzünə gedən at arabası gözləməli, sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil isə bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz;
B) Əvvəl qarşıdan düzünə gələn minik avtomobili, daha sonra düzünə gedən at arabası, sonda isə siz keçməlisiniz;
C) Əvvəl düzünə gedən at arabası keçib getməli, daha sonra isə sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.
Öyrənək, öyrədək!
Cars-az