Bu nişanlardan hansılar sola dönməyə icazə vermir? – SUALIN CAVABI

Bu nişanlardan hansılar sola dönməyə icazə vermir? – SUALIN CAVABI

Bu nişanlardan hansılar sola dönməyə icazə vermir? – SUALIN CAVABI

Cars-az ötən həftənin sualının doğru cavabını və cavabı ilk olaraq göndərən şəxsin kimliyini açıqlayır. Sual yol nişanlarının mənası ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Bu nişanlardan hansılar sola dönməyə icazə vermir?

A) Yalnız 2-ci;

B) Yalnız 1-ci;

C) Yalnız 1-ci və 3-cü;

D) Hamısı.

Sualın ilk doğru cavabını Te Amor adlı oxucumuz verib. Dəqiq adını bilməsək də, onu təbrik edirik.

Sualın daha dolğun cavabı isə belədir: Bu şəkildəki 1-ci nişan 5.10.2. “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış” nişanıdır və bu nişan onu ifadə edir ki, digər nəqliyyat vasitələri müvafiq yolayrıcında sola dönə bilməzlər. 2-ci nişan 3.19 “Geriyə dönmək qadağandır” nişanıdır və yalnız geriyə dönməni qadağan etməklə sola dönməni qadağan etmir. 3-cü nişan isə 5.11.1 “Geriyə dönmə yeri” nişanıdır və yolayrıcından kənar yerlərdə geriyə dönmə yerini bildirməklə sola dönməyə icazə vermir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu nişanlardan 1-ci və 3-cü sola dönməyə icazə vermir.

Öyrənək, öyrədək!

Cars-az

Dostlarınla paylaş


Şərhlər


Top