04.11.2015
Yarışma
Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – YENİ SUAL
Cars-az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevrlərin yerinə yetirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu avtomobilin sürücüsü yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər?
A) Düzünə istisna olmaqla, qalan bütün (sağa, sola və ya geriyə) istiqamətlərdə;
B) Yalnız sağa;
C) Yalnız sola və geriyə;
D) Yalnız sola.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.
Öyrənək, öyrədək!
Cars-az