Hansı nişan dayanmanı qadağan etmir? – SUALIN CAVABI

Hansı nişan dayanmanı qadağan etmir? – SUALIN CAVABI

Hansı nişan dayanmanı qadağan etmir? – SUALIN CAVABI

Cars-az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş şəxsin kimliyini təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlardan hansı adamları mindirmək və ya düşürmək üçün nəqliyyat vasitəsini dayandırmağı qadağan etmir?

A) Hamısı qadağan edir;

B) Heç biri qadağan etmir;

C) 2-ci nişan qadağan etmir;

D) 2-ci, 3-cü və 4-cü nişanlar qadağan etmir.

Sualın doğru cavabı belədir: Şəkildəki 1-ci nişan (3.27 “Dayanmaq qadağandır”) dayanma və durmanı qadağan edir. 3-cü (5.1 “Avtomagistral” və 4-cü (5.3 “Avtomobillər üçün yol”) nişanlar ilə işarə olunmuş yollarda həm dayanma və durma, həm də adamların hərəkəti qadağandır. 2-ci (3.28 “Durmaq qadağandır”) nişan isə dayanmanı deyil, durmanı (duracağa qoymanı) qadağan edir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: 2-ci nişan adamları mindirmək və ya düşürmək üçün nəqliyyat vasitəsini dayandırmağı qadağan etmir. Sualın ilk doğru cavabını Yaşar adlı oxucumuz verib. Onu təbrik edirik!

Öyrənək, öyrədək!

Cars-az

Dostlarınla paylaş


Şərhlər


Top