Sürücü səhvini düzəltmək üçün nə etməlidir? - YENİ SUAL
Cars-az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yolayrıcında sola dönməli olan bu avtomobilin srücüsü səhvən yolayrıcını düzünə keçmişdir. O, səhvini düzəltmək üçün nə etməlidir?
A) “A” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra düzünə hərəkətini davam etdirməlidir;
B) “B” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra sola dönərək hərəkətini davam etdirməlidir;
C) Getdiyi istiqamətdə hərəkət etməli, qabaqda geriyə dönməyə icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və nəzərdə tutduğu istiqamətdə hərəkətini davam etdirməlidir.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.
Öyrənək, öyrədək!
Cars-az