Hərəkəti hansı istiqamətdə davam etdirmək olar? – DOĞRU CAVAB
Cars-az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş şəxsin kimliyini açıqlayır. Budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu yolayrıcında hərəkəti hansı istiqamətdə davam etdirmək olar?
A) Yalnız sağa;
B) Bütün istiqamətlərdə (sağa, düzünə, sola və ya geriyə);
C) Soldan başqa bütün istiqamətlərdə (sağa, düzünə və ya geriyə).
Sualın doğru cavabı belədir: Şəkildəki nişanlardan görünür ki, yolayrıcında kəsişən yol baş yoldur və orada birtərəfli (yalnız sağa) hərəkət var. Deməli, burada sola dönmək qadağandır. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq: Bu yolayrıcında hərəkəti soldan başqa bütün istiqamətlərdə (sağa, düzünə və ya geriyə) davam etdirmək olar.
Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik.
Öyrənək, öyrədək!
Cars-az