04.11.2015
Yarışma
Bu avtomobilin sürücüsü qaydaları pozurmu? - YENİ SUAL
Cars-az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yolda bu qaydada hərəkət edən avtomobilin sürücüsü qaydaları pozurmu?
A) Əgər qarşıdan gələn nəqliyyat vasitəsi olarsa, pozur;
B) Hər bir halda pozur;
C) Pozmur.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.
Öyrənək, öyrədək!
Cars-az