04.11.2015
Yarışma
Bu sürücü hansı halda piyadalara yol verməlidir? – YENİ SUAL
Cars-az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə zamanı piyadalarla münasibətə aiddir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir
Bu avtomobili idarə edən sürücü hansı halda piyadalara yol verməlidir?
A) Yalnız sağa döndükdə yolu keçməkdə olan piyadalara, çünki bu halda sürücü baş yoldan ikinci dərəcəli yola keçir;
B) İstər sağa, istərsə də sola dönərkən piyadalara yol verməlidir;
C) Heç bir halda piyadalara yol verməməlidir, çünki baş yolla hərəkət edir.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.
Öyrənək, öyrədək!
Cars-az