21.12.2015
Qəzalar
“ZİL” uçuruma düşdü - Sürücü öldü
Masallı-Lənkəran yolunda nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, "ZİL" markalı yük maşını yoldan aşaraq uçuruma düşüb. Qəza nəticəsində sürücü Fәrәcov Mübariz Mirxas oğlu dünyasını dəyişib. O, iki uşaq atası olub.
Faktla bağlı araşdırmalar aparılır.