Yevlaxda yol qəzasında bir nəfər ölüb

Yevlaxda yol qəzasında bir nəfər ölüb

Yevlax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Heydər Əliyev küçəsində qeydə alınan qəzada "Mercedes" markalı avtomobil üçtəkərli motosiklet ilə toqquşub. Nəticədə motosikletin sürücüsü ağır bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, hələlik şəxsiyyəti məlum olmayan sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

report

Dostlarınla paylaş


Şərhlər


Top