20.12.2015
Qəzalar
Xızıda yol qəzası - 1 ölü
Xızıda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəza rayonun Sitalçay kəndində qeydə alınıb. Kənd sakini Taleh Hüseynov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən həmkəndlisi Anaxanım Fleydanovanı vurub. A.Fleydanova aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Faktla bağlı Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Fidan