19.12.2015
Qəzalar
Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb
Şirvan şəhərində piydanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir.
apa.az