20.12.2015
Qəzalar
"VAZ" "Rang Rover"lə toqquşdu, yaralı var
Gəncədə sürücünün yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. “VAZ 2104” markalı avtomobillə “Rang Rover” toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü Əli Şəmsiyev xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
APA