Yük maşını piyadanı vurub öldürdü

Yük maşını piyadanı vurub öldürdü

Bakıda yük maşını piyadanı vuraraq öldürüb. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 27-də saat 01 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsində qeydə alınıb. Xırdalan şəhər sakini Saleh Tapdıqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolun kənarında dayanan Zaqatala rayon sakini Nəsihət Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top