04.11.2015
Qəzalar
Yük avtomobili 11 min manat ziyan vurdu
Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 16-cı kilometrliyində paytaxt istiqamətində hərəkət edən "Iveco" markalı yük avtomobili idarəetməni itirərək yolun hərəkət hissəsini ayıran əyrixətli maneəyə çırpılıb.
Cars-az xəbər verir ki, "Azəryolservis" ASC-dən trend-ə bildiriblər ki, qəza nəticəsində 120 poqon metr əyrixətli tir və bir ədəd işıq dirəyi yararsız hala düşüb. Bunun nəticəsində yol təsərrüfatına 11 min manat məbləğində zyan dəyib.
Məlumata görə, qəza zamanı yolun hərəkət hissəsinə də yağ axıb. "Azəryolservis" ASC tərəfindən həmin hissəyə qum tökülərək nəqliyyatın hərəkəti təmin edilib. Bundan başqa, beynəlxalq əhəmiyyətli yolda bərpa işləri aparılır.