Qəza törədən sürücü həbs edildi

Qəza törədən sürücü həbs edildi

Bakının Nərimanov rayonunda yol qəzası törədən sürücü həbs edilib. Cars-az xəbər verir ki, bu barədə teleqrafa Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Rəhimdar İsmayılovun “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Tahir İbrahimli tərəfindən vurulması müəyyən edilib. O, həbs edilib.

Dostlarınla paylaş


Şərhlər


Top