04.11.2015
Qəzalar
Balakəndə və Kürdəmirdə ölümlə nəticələnən yol qəzaları
Balakən rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə teleqrafa Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Qullar kənd sakini Elxan Hacıyev idarə etdiyi “VAZ-21033” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.
Daha bir yol qəzası Kürdəmir şəhərində şəhərin də baş verib. Şəhər sakini Rövşən Həmidov idarə etdiyi “VAZ-2107” markalı avtomobili hasara vurubr. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.