Yolu süpürən qadını maşın vurdu

Yolu süpürən qadını maşın vurdu

Gəncədə yolu süpürən qadını maşın vurub. Hadisə iyunun 30-da Kəpəz rayonu ərazisində qeydə alınıb. Cars-az apa-ya istinadən xəbər verir ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi, 1972-ci il təvəllüdlü Mahizər Məmmədova ərazidə yolu süpürərkən hələ ki, məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirilər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top