Qaradağda «Mercedes» dəmir çəpərə girdi: sürücü yaralandı

Qaradağda «Mercedes» dəmir çəpərə girdi: sürücü yaralandı

Qaradağda «Mercedes» dəmir çəpərə girdi: sürücü yaralandı

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, paytaxtın Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dəmir çəpərə çırpılıb. Nəticədə, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Əraziyə cəlb edilən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top