Bakıda «BMW X5» görün hardan hara aşdı

Bakıda «BMW X5» görün hardan hara aşdı

Bakıda yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən görə, hadisə Bakı-Salyan yolunun Səbail rayonunun Bibiheybət qəsəbəsindən keçən hissəsində qeydə alınıb. BMW X5 markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü yüngül xəsarət alıb. Qəza nəticəsində yola yanacaq dağılıb və təhlükəsizlik tədbirləri üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top