Yanacaqdoldurma məntəqəsində yanğın: 17 yaralı

Yanacaqdoldurma məntəqəsində yanğın: 17 yaralı

Yanacaqdoldurma məntəqəsində yanğın: 17 yaralı

Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarəti alıb. “Zərərçəkənlərin sayı 17-yə çatıb. Onların həyatına hər hansı bir təhlükə yoxdur”, deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Hazırda ərazidə Fövqəladə Hallar nazirliyinin əməkdaşları işləyir. Yanğının söndürülməsinə 15 nəfər canlı qüvvə və 4 ədəd texnika cəlb edilib.

Dostlarınla paylaş


Şərhlər


Top