Bakıda və Sumqayıtda avtomobil yandı

Bakıda və Sumqayıtda avtomobil yandı

Bakıda və Sumqayıtda avtomobillər yanıb.

Сars-az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Audi" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində isə sahibi məlum olmayan "VAZ" markalı minik avtomobilinin salon hissəsi və qabaq oturacaqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dostlarınla paylaş


Şərhlər


Top