Dəhşətli yol qəzası: ölənlər var

Dəhşətli yol qəzası: ölənlər var

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Сars-az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirmiş İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb. İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilib. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top