Bərdədə piyadanı vuran sürücü qaçdı

Bərdədə piyadanı vuran sürücü qaçdı

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobil yol kənarında dayanan Bərdə rayon sakini, 57 yaşlı Şirinov Tahir Bəhmən oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Şirinov təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatırlıb.

Xəstəxanadan "Report"a verilən məlumata görə, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top