16.03.2016
Qəzalar
Mikroavtobus qəza törətdi: ölən var
Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az xəbər verir ki, bu barədə Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, martın 15-də saat 19 radələrində Sabirabad rayonunun Nərimankənd kəndində rayon sakini Bəxtiyar Ağayev idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə yolu keçən həmyerlisi, 75 yaşlı Kamran Səmədovu vurub. K.Səmədov hadisə yerində ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.