17.03.2016
Qəzalar
Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər ölüb, 36 nəfər xəsarət alıb
İordaniyada fələstinli zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
Сars-az xarici mətbuata istinadən verdiyi məlumata görə, nəticədə 19 nəfər ölüb, 36 nəfər xəsarət alıb.
İnsident ölkənin cənubunda yerləşən Maan şəhəri yaxınlığında qeydə alınıb. Hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Qeyd olunur ki, avtobus Səudiyyə Ərəbistanı istiqamətində hərəkət edirmiş.