Bərdədə rəisi maşın vurdu

Bərdədə rəisi maşın vurdu

Azərbaycanda vəzifəli şəxsi maşın vurub.

Сars-az xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasından apa-nın Qarabağ bürosuna verilən məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi Xasay Mustafayev müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olub.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəstəxanadan bildirilib ki, X. Mustafayev avtomobil vurması nəticəsində xəsarət alıb. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top