04.11.2015
Qəzalar
Xırdalanda yük maşını aşdı
Bakının girişində ağır yol qəzası baş verib. Cars-az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda, Xırdalan ərazisində qeydə alınıb. Yolda ağır tonnajlı yük maşını aşıb. İlkin ehtimala görə, qəzanın baş verməsinə sürücününü sükan arxasında yuxulaması səbəb olub.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.