Ağdamda iki avtomobil toqquşub: 1 yaralı

Ağdamda iki avtomobil toqquşub: 1 yaralı

Ağdamda iki avtomobil toqquşub. Cars-az xəbər verir ki, bu barədə apa-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib. 02 BL 928 dövlət nömrə nişanlı, “Opel Corsa” markalı maşının sürücüsü Rafiq Rzayev dönmə əməliyyatını düz etmədiyindən sürüşərək, qarşıdan gələn “VAZ-21015” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Opel Corsa” markalı maşında olan sərnişin, 1982-ci il təvəllüdlü Vasif Şahverənov müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top