04.11.2015
Qəzalar
“Niva” ilə “Mercedes” toqquşdu: 1 yaralı
Gədəbəydə bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun Böyük Qaramurad kəndi ərazisində qeydə alınıb. “Niva” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”-in sürücüsü 1952-ci il təvəllüdlü İsa Quliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır. APA