Xətaidə qəza: 1 yaralı

Xətaidə qəza: 1 yaralı

Bakı şəhəri, Xətai rayonunda “Ford” və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər “Ford” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:51-də başa çatıb.

Dostlarınla paylaş


Şərhlər


Top