Yaşlı qadını maşın öldürdü

Yaşlı qadını maşın öldürdü

Mingəçevir şəhəri, Nərimanov prospektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1990-ci il təvəllüdlü Elvin Qarayev idarə etdiyi “VAZ 21 154” markalı 99 BR 825 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən naməlum qadın piyadanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top