Şəkidə ağır qəza: 2 ölü

Şəkidə ağır qəza: 2 ölü

Şəkidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Göynük kəndində qeydə alınıb. Qax şəhər sakini Dəyanət Mustafayev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolayırıcısına vurub. Nəticədə sürücü və sərnişini hadisə yerində ölüblər.

Dostlarınla paylaş


Şərhlər


Top