04.11.2015
Qəzalar
Ucar sakini traktorun altında qalaraq ölüb
Ucar sakini traktorun altında qalaraq ölüb. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Ucar rayonunun Bərgüşad kəndində kənd sakini Şaiq Orucov idarə etdiyi "T-82" markalı qoşqusu olan traktoru arxaya verərkən, həmkəndlisi Eyvaz Həmidov qoşqunun altında qalıb. Xəstəxanaya yerləşdirilən E.Həmidov orada ölüb. Hadisə ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.