Tovuzda iki “VAZ” toqquşdu: 2 yaralı

Tovuzda iki “VAZ” toqquşdu: 2 yaralı

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Tovuz rayonunun Yanıqlı kəndinin girişində qeydə alınıb. “VAZ 21011” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 21011” –in iki sərnişini, Ağdaş rayon sakinləri 1976-cı il təvəllüdlü Əliyeva Cahan və 1967-cı il təvəllüdlü Qasımova Sərmayə müxtəlif bədən xəsarətləri Tovuz Rayonu Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Dostlarınla paylaş


Şərhlər


Top