16.11.2015
Qəzalar
Türkiyədə dəhşətli qəza: 7 ölü, 1 yaralı
Türkiyədə İrana məxsus avtobus qəza törədib. Cars-az xəbər verir ki, hadisə zamanı mikroavtobusda 8 nəfər olub. Qəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər isə yaralanlıb. Hadisə Ağrı şəhərinin Doğubayazıt rayonunda baş verib. İrandan Ağrı şəhəri istiqamətində hərəkət edən avtobusun qarşıdan gələn mikroavtobusla toqquşduğu bildirilir. Qəzada həyatını itirən 7 nəfərin meyidi ekspertiza üçün Doğubayazıt Dövlət Xəstəxanasına aparıldığı bildirilir. Qəzanın ardından İran avtobusunda olanlar hadisə yerindən qaçıblar. Qəzanı törədən İran dövlət nömrə nişanlı avtomobildə olan şəxslərin hadisə yerindən qaçdıqları bildirilir. Ölən və yaralananların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün işlər davam etdirilir.