16.11.2015
Qəzalar
İdarəetməni itirən sürücü öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Cars-az-a verilən məlumata görə, noyabrın 15-i saat 11:30 radələrində, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində Balakən rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Saramanov «Chevrolet-Caprtiva» markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Fidan