Tovuzda avtomobil piyadanı vurub

Tovuzda avtomobil piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Сars-az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Öysüzlü kəndinə gedən yolda qeydə alınıb. “VAZ” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1988-ci il təvəllüdlü Mətləb Həsənovu vurub. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ağır qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top