14.02.2016
Qəzalar
ABŞ-da 50 avtomobil toqquşdu - 3 ölü
Amerikanın Pensilvaniya ştatında zəncirvari avtomobil qəzası baş verib. Сars-az musavat.com-a istinadən xəbər verir ki, avtomagistral yolunda 50-dən çox avtomobil toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər həlak olub, bir neçə həfər isə yaralanıb. Yolda hərəkət hər iki istiqamətə dayandırılıb. Hadisə yerinə YPX əməkdaşları və yanğınsöndürən briqadası cəlb olunub.