13.02.2016
Qəzalar
Gömrük Komitəsinin əməkdaşı qəzaya düşdü
Bakıda xarici ölkə vətəndaşının sürdüyü avtomobillə dövlət qurumu əməkdaşının idarə etdiyi maşın toqquşub. Hadisə Səbail rayonu, Salyan yolu 14-ün qarşısında baş verib. Belə ki, İran Ruhi Tahir oğlunun idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəcməddin Allahverdiyevin idarə etdiyi Dövlət Gömrük Komitəsinə (DGK) məxsus “Wolksvagen” markalı 90 AC 506 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində DGK-ya məxsus avtomobil ciddi ziyan dəyib. Ağır xəsarət alan olmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) araşdırma aparılır.(report)