15.02.2016
Qəzalar
Meksikada yol qəzasında 20 nəfər ölüb
Meksikanın mərkəzi hissəsindən keçən Puebla — Orisaba yolunda ən azı on avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, bu barədə xilasetmə xidmətlərinin qeyri-rəsmi məlumatlarına istinadən "La Jornada" nəşri məlumat yayıb. Məlumata görə, qəza nəticəsində təqribən 20 nəfər ölüb, daha 40 nəfər yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, hər şey sərnişin avtobusunun yük maşınına çırpılmasından sonra başlayıb. Ardınca bir neçə toqquşma baş verib.