Təyyarə enişi zamanı 27 sərnişin xəsarət aldı

Təyyarə enişi zamanı 27 sərnişin xəsarət aldı

Təyyarə enişi zamanı 27 sərnişin xəsarət aldı

Yaponiyada eniş zamanı Cənubi Koreya təyyarəsinin 27 sərnişini xəsarət alıb. Cars-az interfax-a istinadən xəbər verir ki, “Asiana Airways” şirkətinə aidA320” təyyarəsi Xirosimada eniş edərkən uçuş zolağına yaxın yerləşən 18 metrlik kommunikasiya anteninə ilişib. Bundan sonra avialayner istiqamətini 90 dərəcə dəyişərək uçuş zolağından çıxıb.

Təyyarədə 73 sərnişin və 8 ekipaj üzvü olub. Sərnişinlərdən 25 nəfər, ekipaj üzvlərindən isə 2 nəfər travmatik xəsarətlər alıb.

Təyyarədə olan bütün sərnişinlər evakuasiya olunub, zərərçəkənlərə təcili tibbi yardım göstərilib.

Dostlarınla paylaş


Şərhlər


Top