Sürücünün halı pisləşdi və maşını aşırdı

Sürücünün halı pisləşdi və maşını aşırdı

Sürücünün halı pisləşdi və maşını aşırdı

Bakının Xəzər rayonu ərazisində, hava limanı şossesində bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hələlik sürücüsü məlum olmayan “Ford” markalı sərnişin mikroavtobusu metronun Koroğlu stansiyasından hava limanı istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə sərnişin olmadığı üçün yalnız sürücü xəsarət alıb. Avtobusda sıxılıb qalmış sürücünü hadisə yerində olan digər sürücülər çıxarıb və o, 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Qəzanın baş verdiyi əraziyə yol polisi gəlib. Yararsız vəziyyətə düşmüş avtomobil evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, avtoqəza sürücünün səhhətində yaranmış problem nəticəsində baş verib. Faktla bağlı araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top