Gəncədə «Tuareg» piyadanı vurub öldürdü

Gəncədə «Tuareg» piyadanı vurub öldürdü

Gəncədə «Tuareg» piyadanı vurub öldürdü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 14-də saat 20 radələrində şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani İsgəndərov idarə etdiyi “Volksvagen Tuareg“ markalı avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Məsimov Azəri vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top