Gəncədə maşın 20 yaşlı qızı vurdu

Gəncədə maşın 20 yaşlı qızı vurdu

Gəncədə 20 yaşlı qızı maşın vurub. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 13-də axşam saatlarında şəhərin Tağı Arani küçəsində baş verib. Yolu keçmək istəyən şəhər sakini, 1995-ci il təvəllüdlü Samirə Saleh qızı Atakişiyeva yolu keçmək istəyərkən “Niva” markalı avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. S. Atakişiyeva isə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirilər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top