04.11.2015
Qəzalar
Bakının mərkəzində qəza
Cars-az xəbər verir ki, Bakının mərkəzində yol qəzası olub. Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, Səbail rayonunda, Funuklyorun yaxınlığında iki minik maşını toqquşub. Qəza zamanı ciddi olmasa da, xəsarət alan var. Hadisə yerinə təcili yardım maşını gəlib. Qəza nəticəsində ərazidə böyuk tıxac yaranıb.