Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakıda cinayət törədən avtobus sürücüsü həbs edildi

Bakıda cinayət törədən avtobus sürücüsü həbs edildi

Bakıda cinayət törədən avtobus sürücüsü həbs edildi

Bakıda cinayət törədən avtobus sürücüsü həbs edildi

Bakının Sabunçu rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.

Cars-az milli.az-a istinadən xəbər verir ki, Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin birgə yaydığı məlumatda deyilir ki, fevralın 12-də saat 20 radələrində rayonun Sabunçu qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada - 1972-ci il təvəllüdlü Həsənov Mahir Qılıncxan oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “İSUZU” markalı 90-RJ-463 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1963-cü il təvəllüdlü Səmədov Yusif Əsgər oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top