Sumqayıtda “Mercedes” qəza törətdi

Sumqayıtda “Mercedes” qəza törətdi

Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 16-cı kilometrində “Mercedes” markalı, universal tipli avtomobil idarəetməni itirərək yol kənarındakı çəpərlənmələrə çırpılıb.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Xuduyev İsrail Mais oğlu köməksiz vəziyyətdə qalıb. Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Dostlarınla paylaş


Şərhlər


Top