04.11.2015
Qəzalar
Bakıda daha bir ölümlü qəza
Bakının Xəzər rayonunda ağır yol qəzası olub. Cars-az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumata verilib. Məlumata görə Xəzər rayonunda "Lada" markalı minik avtomobili ilə "BMC" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə "Lada" markalı minik avtomobili deformasiyaya uğrayıb, sürücüsü, 1950-ci il təvəllüdlü Şabanov Eldar Sultan oğlu hadisə yerində vəfat edib.
Xilasedicilər cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.