04.11.2015
Qəzalar
Nişandan sonra dəhşət: bir yaşlı uşaq öldü, 4 nəfər yaralandı
Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
Cars-az apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yolunbulaq kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakinləri "UAZ" markalı avtomobillə Tovuzdan nişan mərasimindən qayıdarkən avtomobil aşıb. Təxminən 40 metr hündürlükdən dərəyə yuvarlanan maşının içərisində olan 6 nəfərdən biri, 2014-cü il təvəllüdlü Elnur Alıyev ölüb, 4 nəfər isə ağır yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.